Azərbaycanda cinayətkarlar silahları necə əldə edir? – Polkovnikdən ŞOK AÇIQLAMA

Azərbaycanda cinayətkarlar silahları necə əldə edir? – Polkovnikdən ŞOK AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda cinayətkarlar silahları necə əldə edir? – Polkovnikdən ŞOK AÇIQLAMA

201750

Bilirik ki, Azərbaycan qanunsuz silahların ən az istifadə edildiyi ölkələrdən biridir. Son vaxtlar nədənsə cəmiyyətdə qanunsuz silah istifadəsi ilə bağlı neqativ hadisələrin sayı artıb. Dövlətin bu yöndə uğurlu siyasətini gözardı etmək olmaz. Ancaq bunlara baxmayaraq, son illər qanunsuz silahların əldə edilməsi əvvəlki illərə nisbətən sanki asanlaşıb. Bunu neqativ hadisələrin xronologiyasına baxsaq, təsdiqləyə bilərik.

Bəs cinayətkarlar bu silahları haradan əldə edir? 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O, məsələni belə izah edib:

“Elə bir cəmiyyət yoxdur ki, bu məsələ gündəmdə olmasın. Azərbaycanda silah məsələsi qanunla tənzimlənir. Silahın əldə edilməsi ilə bağlı ölkəmizdə çox ciddi işlər aparılır. Azərbaycan silah qaçaqmalçılığının qarşısını alınmasında irəlidə gedən dövlətlərdən biridir. Azərbaycanda yaranmış nəzarət mexanizmi bu gün proseslərin geniş şəkildə yayılmamasından xəbər verir. 

Ancaq istisna hallar olduqda silah qanunsuz yolla əllərə düşür. Təbii ki, belə olduğu halda bundan istifadə qaçılmazdır. Sözügedən hallar cinayətə bağlı olan faktlardır”. 

Ekspert silahların əldə olunma yollarını belə izah edib:

“İşğaldan azad edilmiş ərazilərdə antiterror tədbirlərindən sonra seperatçıların silahları tapılır. Bu silahlar qanuna riayət edən şəxslərin əlinə düşəndə onu müvafiq qurumlara təqdim edirlər. Lakin cinayət xarakterli insanların əlinə düşəndə neqativ əməllər üçün istifadə olunur. Bu baxımdan İkinci Qarabağ savaşından sonra Azərbaycanda silahın əldə olunma imkanları daha da genişlənib, nəinki bu müharibəyə qədər...” 

Məhərrəm Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO