Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşmüş Əliyev Muğan Gəray oğlunun nəşi İkinci Mahmudlu kənd məscidinə gətirilərək vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Bizim.Media xəbər verir ki, məsciddə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Daha sonra şəhidin nəşinin qalıqları işğaldan azad olunan Füzuli şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əliyev Muğan Gəray oğlu 1958-ci ildə Füzuli rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayanda döyüşlərə qoşulub. 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Xatırladaq ki, şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb.
Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 12.07.2024
Birinci Qarabağ müharibəsinin daha bir şəhidi 32 il sonra Füzulidə dəfn edildi – FOTO
Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha bir şəhidi 32 il sonra Füzulidə dəfn edildi – FOTO
Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha bir şəhidi 32 il sonra Füzulidə dəfn edildi – FOTO
201730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.