Üzün qırxılması, qaşın alınması İslamda günahdır? – İlahiyyatçıdan AÇIQLAMA

Üzün qırxılması, qaşın alınması İslamda günahdır? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Üzün qırxılması, qaşın alınması İslamda günahdır? – İlahiyyatçıdan AÇIQLAMA

201729

Dəyərlər itir. Bu hər kəs üçün narahatlıq doğuran faktordur. İtən dəyərlər fonunda isə bəziləri yeni iddialarla çıxış edir. Guya ki, bəzi hərəkətlər Allah qarşısında günahdır və İslama yaddır. Məsələn bu günlərdə bir nəfər ilahiyyatçı qətiyyətlə iddia edir ki, qadınların qaşını aldırması və hətta kişilərin üzlərini qırxması İslamda qadağandır.

İslam təmizlikdən yanadır…

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında bildirdi ki, İslam təmizlikdən və gözəl görünüşdən yanadır:
 

MÖVZU İLƏ BAĞLI:

Məhərrəm ayında nələr QADAĞANDIR?  – İlahiyyatçıdan SENSASİON AÇIQLAMA


“Həzrəti Peyğəmbər salavatullah bəzən saçını uzadar, hətta ikiyə ayırar, bəzən də tam təraş etdirərdi. Salman Farsi onun dəlləyi idi. Saqqalı isə səliqəli və bir tutumluq olardı. Bəziləri kimi uzun bığ da saxlamazdı, həmçinin buyurardı ki, bığlarınızı çox uzatmayın ki, yemək yeyərkən maneçilik yaratmasın, natəmizliyə səbəb olmasın. Bununla yanaşı o həzrət saqqalın vacib olması haqda da əmr verməyib. Dövrün adəti olaraq saqqal saxlanıb. Ancaq görünən odur ki, səliqəsiz və həddən artıq uzun saqqal olmayıb.

O dövrdə kişilərin rəmzindən biri də saqqal idi. Saqqalı tam qırxmağın haram olmasına fətva etmək də əsassızdır, verənlər də ehtiyata əsasən veriblər, tam aydın dəlil yoxdur. Müasir dövrün tələblərini din həmişə nəzərə alıb. Üzün dibdən taraş edilməsinin tibbi cəhətdən də zərəri olduğu üçün, həmçinin Peyğəmbərin də saqqal saxladığını nəzərə alaraq üzü dibdən qırxmamaq sünnət, müstəhəb bir ənənə olaraq qəbul edilib. Fəqət buna rəğmən üzü qırxmağın haram olmasını da qəti şəkildə deyə bilmərik”.

Qadınların qaş alması günahdır? 

Müsahibimiz onu da qeyd etdi ki, bəziləri qadınların qaş almalarının da haram olmasını təbliğ edirlər:

“Bu yanlışdır. Qadınların öz həyat yoldaşları üçün bəzənməsi, zinətlənməsi, qaşını alması, dırnaqlarını səliqəyə salması yolveriləndir. Qaş da dırnaq, saç kimi səliqəyə salına bilər. Bunu yasaqlayan hədislər Peyğəmbərdən çox sonra mənbələrə əlavə edilmiş uydurmalardır.

Din səliqə-səmanı, təmizliyi, gözəlliyi əmr edir. Bir adamı alçaltmaq üçün onun saçını, saqqalını, qaşını qırxmaq təhqir olduğu üçün bəli, haramdır. Yaxud biri, Allahın düz yaratmadığını, özü isə qaşını düzəldib daha gözəl hala saldığını iddia edərsə bu, həm haram, həm də küfrdür. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO