Uzun müddətdir ki, Azərbaycanda universitetlərin “diplom süründürməçiliyi” ənənəsi davam edir. Ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarına qovuşmaq üçün aylarla gözləməli, dəfələrlə universitetlərin yollarında ayaq döyməli olurlar.
Bu tendensiya isə təkcə universitetlərə aid deyil, kollec, peşə liseyi və musiqi məktəblərinə də aiddir. Artıq universitetlərin hər birində məzun günləri yekunlaşıb. Bu il də universitetlərin böyük əksəriyyəti öz “ənənə”lərinə sadiq qalaraq, diplomların verilməsini gecikdirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir? - ARAŞDIRMA
Bəs bunun səbəbi nədir? Məzunlar niyə vaxtında diplomlarını ala bilmirlər?
Elm və Ali Təhsil Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, gələcəkdə sənədlər elektron qaydada veriləcək:
“Diplomların təqdim olunmasında gecikmələrin yaranması təhsil müəssisələrinin müraciət etdiyi vaxt və digər məsələlərlə bağlıdır. Elektron sistem hazırlandıqdan sonra sənədlərin elektron qaydada verilməsi mümkün olacaq”.
Nuranə Daxilqızı, Bizim.Media