Baş Prokurorluqda yeni TƏYİNATLAR: İki xanıma yüksək vəzifə verildi 

Baş Prokurorluqda yeni TƏYİNATLAR: İki xanıma yüksək vəzifə verildi 

Hazırda oxunan: Baş Prokurorluqda yeni TƏYİNATLAR: İki xanıma yüksək vəzifə verildi 

201690

Baş Prokurorluqda yeni təyinatlar olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Belə ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. 
Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Gülüstan Abdullayeva Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin olunub. 

Bununla da, prokurorluq orqanlarında rəhbər vəzifədə çalışan qadın əməkdaşların sayı 11-ə çatıb. 

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO