Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.
Əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır.
Agentlik bu kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunmaları üçün ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib.
Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması üçün əyani müayinələrin foto və videoçəkilişləri də aparılır.
Xatırladaq ki, hərbi səbəblə əlaqədar əlilliyin təyin edilməsi üçün vətəndaşa Hərbi Həkim Komissiyası tərəfindən şəhadətmanə təqdim edildikdən və qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron göndəriş (Forma 88) rəsmiləşdirildikdən sonra Agentlikdə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən əyani müayinə həyata keçirilir.
Yekunda Komissiya tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı qərar verilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:55 / 11.07.2024
4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi
Hazırda oxunan: 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi
Hazırda oxunan: 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi
201604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.