Əjdər Ol haqda SON QƏRAR verildi

Əjdər Ol haqda SON QƏRAR verildi

Hazırda oxunan: Əjdər Ol haqda SON QƏRAR verildi

201588

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda yekun qərar qəbul edilib.

Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti məhkum yazıçıya təyin edilmiş 8 il 3 ay azadlıqdan məhrumetmə cəzasını qanunauyğun hesab edib. Qərara əsasən, şikayət əsassız sayılaraq təmin edilməyib.

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümova isə şərti cəza verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO