İşğaldan azad edilmiş ərazilərdə 1800-dən artıq şəxs işlə təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 1800-dən artıq şəxs işlə təmin olunub

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə 1800-dən artıq şəxs işlə təmin olunub

201579

İndiyədək işğaldan azad edilmiş ərazilərdə təqdim edilən vakansiyalar üzrə 1800-dən artıq şəxs işlə təmin olunub. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin rəhbəri Mais Musayev jurnalistlərə açıqlamasında deyib.

M.Musayevin sözlərinə görə, məskunlaşdırılan şəxslərin 2500-ə yaxını məşğulluqla təmin edilib:

"Özünüməşğulluq proqramına 110 nəfər, peşə hazırlığına 100-ə yaxın şəxs, birgə maliyyələşmə üzrə reyestrə 14 nəfər cəlb olunub, 800-ə yaxın şəxslə məşğulluğa cəlb olunmaq üçün iş aparılır".

Laçın üzrə məşğulluq göstəricilərinə gəlincə, M.Musayev vurğulayıb ki, Laçında köçün həyata keçirildiyi ərazilər üzrə 800-ə yaxın şəxs işlə təmin edilib.

"Burada 31 nəfər özünüməşğulluq proqramına, 34 nəfər isə peşə hazırlığına cəlb edilib. Laçında iki dəfə əmək, bir dəfə isə peşə yarmarkası keçirilib. Yarmarkalarda 44 müəssisə iştirak edib və 500-ə yaxın vakansiya təqdim edilib. Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Ümumilikdə isə mütəmadi olaraq Laçında fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil olunur", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO