Dünəndən etibarən Bakıda geomaqnit qasırğası müşahidə olunmağa başlayıb. Qasırğanın şiddəti bu gün ərzində zaman-zaman güclənəcək.
1 gün fasilədən sonra Yerdə iyulun 13-ü saat 18:00-dan, ayın 16-sı saat 15:00-adək kiçik geomaqnit qasırğası hiss ediləcək.
MÖVZU İLƏ BAĞLI:
Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI - 5 gün davam edəcək
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı, eləcə də yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov həmin günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media