Pensiya ödənişlərinə 3 milyard 234 milyon manat yönəldilib

Pensiya ödənişlərinə 3 milyard 234 milyon manat yönəldilib

Hazırda oxunan: Pensiya ödənişlərinə 3 milyard 234 milyon manat yönəldilib

201509

Cari ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (391 mln. manat) çox olmaqla 3 mlrd. 234 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13% artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği isə 525 manat təşkil edib.

Qeyd edək ki, son 6 ayda 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 124 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO