11 iyul 1939-cu ildə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifbaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşib.
Bəs, iyulun 11-də daha hansı hadisələr baş verib?
1. 1740-cı ilin 11 iyul tarixindә Ukrayna әrazisindә yaşayan yәhudilәr bu ərazilərdən sürgün edilib.
2. 1895-ci ilin 11 iyul tarixindә Auqust vә Luis Lumire qardaşları film texnologiyasını alimlәrә tәqdim ediblәr.
3. 11 İyul Monqolustanın İstiqlaliyyət Günüdür. 1921-ci ilin bu günü Monqolustanda inqilab qələbə çalıb və ölkə respublika elan olunub.
4. 11 iyul 1947-ci ildə "Truman doktrinası"na əsasən Türkiyə ilə ABŞ arasında ilk hərbi yardım sazişi imzalayıb. Marşall Planı çərçivəsində başlanan ABŞ hərbi yardımlarının istifadəsinə məhdudlaşdırmalar isə Türkiyənin Kiprə hərbi müdaxiləsinin qarşısını alan “Conson məktubu" ilə dəqiq ortaya çıxdı.
5. 1962-ci ilin 11 iyul tarixindә Atlantika xaricinә peyk vasitәsilә televiziya yayımı hәyata keçirilib.
6. Çinin qədim paytaxtı Şianda 1974-cü ilin 11 iyulunda 2 min il əvvələ aid gerçək ölçü və döyüş təchizatlı 6 min əsgər skeleti aşkara çıxarıldı. Terrakotta ordusu adı ilə tanın bu "Torpaq əsgərləri"nin ən mühüm xüsusiyyəti birinin digərinə heç bənzəməməsidir.
7. 11 iyul 1990-cı ildə erməni təxribat dəstəsi Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran edib. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.
8. 11 İyul Ümumdünya Əhali Günüdür.İkinci Dünya Müharibəsindən sonrakı illərdə demoqrafik proseslərin təşkili göstərir ki, bu müddət ərzində Yer kürəsi əhalisinin dinamikası və strukturunda əhəmiyyətli irəliləyişlər baş verib. Əvvəllər müstəmləkə və yarımmüstəmləkə şəraitində yaşayan 200-ədək ölkənin müstəqillik qazanması, artan dövlətlərin sosial, iqtisadi və sənaye cəhətdən inkişaf etməsi, eləcə də şəhər əhalisinin sürətli artması demoqrafik parametrlərin çox dəyişilməsinə gətirib-çıxarıb. (1989)
9. Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Etibarlı bölgə" elan edilmiş Bosniya Herseqovinaya 1995-ci ilin 11 iyulunda Rato Mladiçin tabeliyindəki Serbiya ordusu hücum edərək Srebrenitsa qırğınını törətdi. Təxminən 8 min silahsız müsəlman boşnak qətl edildikdən sonra kütləvi məzarlara basdırıldı.
10. 11 iyul dünyada həm də şokolad günü kimi qeyd edilir.
11 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Abbas Səhhətin xatirə günüdür. 44 yaşında dünyasını dəyişən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair Abbas Səhhətin maarifçilik sahəsində xidmətləri böyük olub. O, bədii əsərlərdən əlavə dərsliklər yazıb, məktəb, kitabxana açıb (1874-1918).
2. 11 iyul görkəmli Azərbaycan sənətkarı, kinooperator və rejissor Rasim Ocaqovun xatirə günüdür. Kino sahəsinə operator kimi gələn (“Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Mən rəqs edəcəyəm”) Rasim Ocaqov 41 yaşından (1974) ömrünün sonunadək rejissor kimi fəaliyyət göstərib və qısa müddətdə yaratdığı bədii filmlərlə böyük uğurlar qazanıb (“Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət” və s.).
3. Görkəmli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor AMEA-nın həqiqi üzvü, BDU-nun sabiq rektoru Mirabbas Qasımov 11 iyul 1939-cu ildə anadan olub.
4. Azərbaycan hərbçisi, Milli Qəhrəman Etibar Əliyev 11 iyul 1955-ci ildə doğulub.
5. Azərbaycan polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Xaliq İbrahimov 11 iyul 1985-ci ildə dünyaya gəlib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 11.07.2024
BİZİM TƏQVİM: 11 iyulda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 11 iyulda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 11 iyulda dünyada nələr olub?
201400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.