Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov illər əvvəl baş verən qəzanın videosunu yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat paylaşıb.
“6 ildən çox vaxt keçdi və mən hələ də qərar verə bilmirəm ki, bu nə idi? Qəza idi və ya qəsdən təşkil olunmuşdu? Əgər belədirsə, sifarişçi kimdir? Axı, belə bir şeyi təşkil etmək asan deyil” – deyə o qeyd edib.
Bizim.Media