“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Bizim.Media-ya AZAL-dan məlumat verilib.
Bildirilib ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 10.07.2024
Bakıdan İstanbula uçan təyyarə geri qayıdıb – SƏBƏB
Hazırda oxunan: Bakıdan İstanbula uçan təyyarə geri qayıdıb – SƏBƏB
Hazırda oxunan: Bakıdan İstanbula uçan təyyarə geri qayıdıb – SƏBƏB
201391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.