Hüseyn Mirzəyev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN OLUNDU

Hüseyn Mirzəyev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Hüseyn Mirzəyev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN OLUNDU

201378

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev Mühəndislik fakültəsinə dekan təyin olunub.

Bizim.Media xəbər verir ki, Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur.

Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.
H. Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO