Azərbaycanda xəstənin ölümünə görə həkimə həbs CƏZASI VERİLDİ

Azərbaycanda xəstənin ölümünə görə həkimə həbs CƏZASI VERİLDİ

Hazırda oxunan: Azərbaycanda xəstənin ölümünə görə həkimə həbs CƏZASI VERİLDİ

201324

Şəki Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Fatimə Abdullazadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət və protest qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin çıxardığı 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə iki il həbs cəzasına məhkum olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 22 iyul 2022-ci il tarixdə, saat 4 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Vüsalə Teymur qızı Quliyeva yüksək hərarətlə sözügedən xəstəxanaya çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, Vüsalə Quliyeva orada vəfat edib. Həmin müddətdə Fatimə Abdullazadə xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olub. Hadisədən sonra o, cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO