Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb. Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.
Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bizim.Media
![Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var](https://bizim.media/file/articles/2024/07/10/1720589015_capture.png)
- A-
- A
- A+
Cəmiyyət
09:12 / 10.07.2024
Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var
Hazırda oxunan: Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var
Hazırda oxunan: Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var
201311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.