Tarix, coğrafiya və alman dili fənləri üzrə apellyasiya müraciətləri başlayıb

Tarix, coğrafiya və alman dili fənləri üzrə apellyasiya müraciətləri başlayıb

Hazırda oxunan: Tarix, coğrafiya və alman dili fənləri üzrə apellyasiya müraciətləri başlayıb

201297

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO