"Xocalı Hava Limanının uçuş enmə zolağı genişləndiriləcək" - Rəsmi 

Hazırda oxunan: "Xocalı Hava Limanının uçuş enmə zolağı genişləndiriləcək" - Rəsmi 

201273

Xocalı Hava Limanında görüləcək işlər bölgənin inkişafına əlavə töhfə verəcək. 

Qarabağ və Şərqi Zəngəzurda dördüncü olan Xocalı Hava Limanı ölkəmiz, xüsusən də region üçün böyük strateji əhəmiyyətə malikdir.

Bizim.Media xəbər verir ki, bunu Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır:

“Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur”.

N.Xəlilova əlavə edib ki, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkminləşdirmə işlərinin aparılması nəzərdə tutulub:

“Mövcud uçuş enmə zolağının uzunluğu 3000 metrə, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq”.

Onun sözlərinə görə, görülən işlər yüksək səviyyədə xidmətin və təhlükəsizliyin təmin edilməsinə yönəlib ki, bu da öz növbəsində regionun inkişafına, onun qlobal iqtisadiyyata inteqrasiyasına, həmçinin regional əlaqələrin möhkəmlənməsinə əlavə töhfə verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.

Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO