2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, növbəti tədris ilinə hazırlıq işləri gedir:
“Bilirsiniz ki, ilk dəfə universitetimizə tələbə qəbulu həyata keçiriləcək. Builki tədris ilində universitetimizə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Bundan başqa ödənişsiz şəkildə ən müasir şəraiti olan mənzil tipli yataqxanada tələbələrimizi, həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, universitetimizə qəbul olunacaq bütün tələbələrə noutbuk hədiyyə olunacaq”.
Şahin Bayramov abituriyentlərə çağırış da edib:
“İxtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar”.
Rektor qeyd edib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:
“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.
Elgün Gəncimsoy, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 09.07.2024
Qarabağ Universitetində bütün tələbələrə noutbuk hədiyyə olunacaq - REKTOR
Hazırda oxunan: Qarabağ Universitetində bütün tələbələrə noutbuk hədiyyə olunacaq - REKTOR
Hazırda oxunan: Qarabağ Universitetində bütün tələbələrə noutbuk hədiyyə olunacaq - REKTOR
201248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.