Mərkəzi Seçki Komissiyası (MSK) sabah müxtəlif qurumlarla birlikdə maarifləndirmə tədbirlərinə başlayır.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
MSK daha 7 partiyanın seçkilərdə səlahiyyətli nümayəndələrini qeydə aldı
O vurğulayıb ki, 2011-ci ildə prezidentin sərəncamına əsasən Milli Fəaliyyət proqramı hazırlanmışdı.
“Sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətini ciddi tənzimlədi. MSK bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan seçki prosesi ilə əlaqədar ilk maarifləndirmə tədbiri Ombudsman aparatı ilə birlikdə keçiriləcək”.
Məhərrəm Əliyev, Bizim.Media