Bakıda mətbəxində siçovul gəzən restoranın fəaliyyəti dayandırıldı – FOTO  

Bakıda mətbəxində siçovul gəzən restoranın fəaliyyəti dayandırıldı – FOTO  

Hazırda oxunan: Bakıda mətbəxində siçovul gəzən restoranın fəaliyyəti dayandırıldı – FOTO  

201236

"Mediada yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb". 

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda restoranda İYRƏNC MƏNZƏRƏ: Mətbəxində siçovul gəzir - VİDEO


Bildirilib ki, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub: 

"Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir". 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO