“Euronews” Şirvan Milli Parkı haqqında reportaj yayımladı - VİDEO

“Euronews” Şirvan Milli Parkı haqqında reportaj yayımladı - VİDEO

Hazırda oxunan: “Euronews” Şirvan Milli Parkı haqqında reportaj yayımladı - VİDEO

201212

“Euronews” telekanalının hazırladığı videoreportajda Azərbaycandakı Şirvan Milli Parkından bəhs edilib.

Bizim.Media xəbər verir ki, “Azərbaycanı kəşf edirik” proqramının sonuncu buraxılışında “Euronews” telekanalının müxbiri Anka Ulea Şirvan Milli Parkında olub və Bakının ətrafının müxtəlif təbiət mənzərələrini araşdırıb.

Proqramda qeyd olunur ki, Azərbaycanın paytaxtından bir saat yarımlıq məsafədə yerləşən park 2003-cü ildə yaradılıb və 1960-cı illərdə intensiv inkişaf və brakonyerlik nəticəsində nəsli kəsilmək üzrə olan ceyranları qorumaq məqsədi daşıyırdı.

Səfər zamanı Anka Ulea Şirvan otlaqlarında olub və ceyranları yaxından görmək üçün müşahidə göyərtəsinə qalxıb. Reportajın necə hazırlandığını təsvir edən məqalədə deyilir:

“Hazırda Şirvan Milli Parkında 7000-ə yaxın ceyran var və bu, Qafqaz regionunda ən böyük populyasiyalardan biridir”.

Burada, həmçinin “Euronews” müxbirinin Bakıya qayıdarkən dayandığı Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da göstərilir. Açıq səma altında olan bu muzey mezolit qayaüstü rəsmlərinin unikal kolleksiyası ilə məşhurdur və həmişə çoxlu sayda turisti cəlb edir.

Proqram Ankanın günəşin qürubu vaxtı ətrafdakı mənzərələrə heyran olmaq üçün getdiyi Böyükdaş dağının zirvəsindən açılan panoramlı kadrlarla başa çatır.

Şirvan Milli Parkı 2003-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Şirvan ovalığının ceyran və ya fars ceyranı (Gazella sulguturosa), su quşları və tipik bitki bionövlərinin mühafizəsi və çoxaldılması məqsədi ilə yaradılıb. Burada yaşayan nadir növlərə Qırmızı Kitaba düşmüş fars ceyranı, toyquyruq, ağquyruq, çöl qartalı, göybaş şahin, bozbaş şahin, həmçinin çöl donuzu, canavar, çaqqal, bataqlıq vaşaq növü, tülkü, porsuq və Avropa dovşanı daxildir.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO