Marketdə yeyinti məhsullarını əzərək video paylaşan cütlük saxlanıldı - VİDEO 

Marketdə yeyinti məhsullarını əzərək video paylaşan cütlük saxlanıldı - VİDEO 

Hazırda oxunan: Marketdə yeyinti məhsullarını əzərək video paylaşan cütlük saxlanıldı - VİDEO 

20120

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Bizim.Media-ya bildirib ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri - Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub.

Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO