“İyulun 5-də cənab Prezident İlham Əliyevin açılışını etdiyi İsa bulağı İstirahət Kompleksi bu gün azad Şuşada ən gözəl guşə kimi əhaliyə xidmət göstərir. Bundan sonra da bu kompleks Azərbaycan xalqının xidmətində olacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli deyib. Onun sözlərinə görə İsa bulağı Şuşa şəhərinin ən görməli, səfalı yerlərindən biridir:
“Şuşa işğaldan azad olunana qədər İsa bulağı və onun yerləşdiyi ərazi erməni vandalları tərəfindən dağıdılmış, əvvəlki görkəmi tamamilə itirmişdi. Bir sözlə, Şuşanın tarixi abidələri kimi çox acınacaqlı bir vəziyyətə düşmüşdü.
Şuşa işğaldan azad olunandan sonra yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İsa bulağının da təmir və bərpa işlərinin başlamasına start verdi. Fikrimcə, çox qısa müddətdə İsa bulağı İstirahət Kompleksi yenidən bəpa edildi. Mövcud olan binalar yeni ənənələrimiz vasitəsilə, tarixi memarlıq surətinə uyğun bir şəkildə bərpa edildi. Burada 4 böyük qonaq evi və restoran fəaliyyət göstərir. İyulun 5-dən etibarən İsa bulağı İstirahət Kompleksi xalqımızın istifadəsinə verilib. İsa bulağında Azərbaycan xalqının çox görkəmli şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Səməd Vurğun, Xan Şuşinski və digərlərinin izi var”.
Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 09.07.2024
İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO
Hazırda oxunan: İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO
Hazırda oxunan: İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO
201177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.