05.07.2024-cü il tarixində saat 04:54-də Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Mənbə qeyd edib ki, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.
Qeyd edək ki, E.Əskərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:15 / 09.07.2024
TƏBİB-dən meyxanaçının ölümü ilə bağlı AÇIQLAMA: Bakıya aparılarkən...
Hazırda oxunan: TƏBİB-dən meyxanaçının ölümü ilə bağlı AÇIQLAMA: Bakıya aparılarkən...
Hazırda oxunan: TƏBİB-dən meyxanaçının ölümü ilə bağlı AÇIQLAMA: Bakıya aparılarkən...
201162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.