Oğuzda sahibkarın 3 obyekti yandı - FOTO

Oğuzda sahibkarın 3 obyekti yandı - FOTO

Hazırda oxunan: Oğuzda sahibkarın 3 obyekti yandı - FOTO

201156

Oğuzun Kərimli kəndində bir binada yerləşən üç obyekt yanıb. Səhər saatlarında başlayan yanğın zamanı xəsarət alan olmasa da obyektlərə ciddi zərər dəyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər biri fəaliyyətdə olan aptek, geyim mağazası və baytarlıq aptekində hələlik bəlli olmayan səbəbdən güclü yanğın qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın binanın aptek yerləşdiyi otaqdan başlayıb sonra baytarlıq aptekinə və geyim mağazasına keçib. Yanğın ümumilikdə 170 m² sahəni əhatə edib.

Güclü yanğın nticəsində aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb edilən Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyətin səyi nəticəsində yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO