Bakı Jazz FestivalI özünün növbəti, sayca üçüncü Yay Jazz Düşərgəsini (Summer Jazz Camp) təşkil edəcək.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yay düşərgəsinin ünvanı isə bu dəfə Lənkəran rayonu olacaq.
Bu sosial layihə gənc musiqişilərə dəstək, jaza marağı artırmaq və yeni istedadları üzə çıxarmaq məqsədi daşıyır. Düşərgədə tanınmış jazz ustalarıyla dərslər, ünsiyyət və istirahətlə yanaşı, gənc musiqiçilər idmanla məşğul olmaq, filmlərə baxmaq və axşam jaz konsertləri təşkil etmək imkanı əldə edəcəklər.
Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 23 - 29 avqust aralıgında Lənkaran şəhərində təşkil olunacaq.
SabutayNağıyev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
00:09 / 09.07.2024
Həm jaz festivalı, həm yay düşərgəsi Lənkəranda
Hazırda oxunan: Həm jaz festivalı, həm yay düşərgəsi Lənkəranda
Hazırda oxunan: Həm jaz festivalı, həm yay düşərgəsi Lənkəranda
201127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.