Bakının Qaradağ rayonunda 2009-cu il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əvəzə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustun 16-da Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.
Bəhruz həmin gün saat 20:30-da qəsəbədə yerləşən məcburi köçkünlər şəhərciyində, yaşayış binasının arxasında açıq sahədə masturbasiya edib.
Həmin binada yaşayan yetkinlik yaşına çatmayan Əvəz ona yaxınlaşıb və etdiyi hərəkətlərin yaşadıqları binadan görüldüyünü deyib. Ona haqlı etirazını bildirib.
Daha sonra Bəhruz Əvəzin üzərinə hücum edib. O, Bəhruzu əvvəlcə yumruq və təpiklə, eləcə də əlindəki plastik boru ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 127.2.3-ci (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayır:
“Atam təqaüddə olan polis nəfəridir. Anam xadimə işləyir. Qardaşım hazırda hərbi xidmətdədir. Mən orta məktəbdə 9-cu sinifdə oxuyuram. Eyni zamanda qəsəbədəki məktəbdə pianodan musiqi dərslərinə gedirəm. Hər hansı bir psixi xəstəliyim yoxdur. Biz fərdi həyət evində yaşayırıq. Yaşadığımız həyətdə bir baş iri buynuzlu mal saxlayırıq. Həmin inəyi adətən Müşviqabad qəsəbəsində məcburi köçkün şəhərciyinin arxasındakı boş otlaq sahədə otarıram. İndiyədək orada olduğum müddətdə heç bir problem yaşanmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 16-da, saat 17 radələrində bir baş inəyi həmin yerə otarmağa aparıb: “Saat 20:30-dək orada olduq. Hava artıq qaralmışdı. Evimizə qayıtmağa hazırlaşarkən iki nəfər tanımadığım, təxminən mənimlə həmyaşıd olan yeniyetmələr mənə yaxınlaşdılar. Həmin vaxt mən əlim ilə cinsi yerimi qaşıdım. Həmin oğlanlar dedilər ki, sən burada əxlaqsız hərəkət edirsən. Adını sonradan bildiyim Əvəz adlı uşaq mənimlə mübahisə etməyə başladı. Ünvanıma nalayiq söyüş söydü. Yaxamdan tutaraq dedi ki, səni təpiyimin altına salaram.
Mən isə onun boynundan tutdum və hər iki əlim ilə tutaraq yerə yıxdım. Əvəz yerə yıxılanda yanındakı digər oğlan qaçaraq getdi. Əvəz yerə yıxılarkən təslim olduğumu dediyi üçün onu buraxdım. Hər ikimiz yerdən qalxdıq. Mən evə qayıdandan sonra anama bu barədə danışdım”.
Bəhruz bildirib ki, avqustun 17-də, saat 19 radələrində yenə də inək otardığı ərazidə olarkən bir gün əvvəl dalaşdığı Əvəzin valideynləri ona yaxınlaşıblar: “Onların yanında əlavə üç nəfər cavan oğlan da olub. Onlardan biri Əvəzin böyük qardaşı olduğunu bildiyim şəxs mənə hədə-qorxu gəldi.
Dedi ki, sənsənmi mənim qardaşımı döyən?. Qadirin atası bildirdi ki, səni burada nəvaxt görsəm döyəcəm və inəyini də aparıb həyətimizə bağlayacım. Mən də qorxduğum üçün evimizə getdim. Axşam bu barədə valideyinlərimə danışdım”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra onlar Əvəzin 10-cu Polis Şöbəsinə məlumat verdiyini öyərəniblər: “Əvəz şikayətində yazıb ki, onu əlimdə olan boru ilə döymüşəm. Lakin belə hadisə olmayıb. Mən Əvəzi əlim ilə tutub yerə yıxmışam. Əlimdə olan borunu inək otaranda istifadə edirəm. Əvəzi boru ilə vurmamışam. Əlim , ayağım ilə də vurmuşam. Əvəzin dedikləri yalandır. Əvəzi əlim ilə, yumruqla, təpiklə vurmamışam. Onunla əlbəyaxa olmuşam. Hər iki əlim ilə onun boynundan tutaraq yerə yıxmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əvəzin sözlərinə görə, Müşviqabad qəsəbəsində valideynləri ilə birgə yaşayır, orta məktəbin 9-cu sinfindən çıxıb:
“Atam fəhlə işləyir. Anam isə Sulutəpə qəsəbəsində “Kola” şirkətində işləyir. Hər hansı bir xəstəliyim yoxdur. Avqustun 16-da Müşbiqabad qəsəbəsində məcburi köçkünlər qalan ərazidə binalarının arxasında bir nəfər mənimlə həmyaşıd olan oğlanın şalvarından çıxararaq əxlaqsız hərəkətlər etdiyini gördüm. Ona yaxınlaşaraq nə üçün belə tərbiyəsiz hərəkət etdiyinin səbəbini soruşdum. Dedim ki, binadan qadınlar baxır. Özümün də həmin binada yaşadığımı, mənim anamın və ya bacımın da onun tərbiyəsiz hərəkət etməyini görə biləcəklərini dedim. Həmin oğlan isə dediklərimdən utanmaq əvəzinə mübahisə etməyə başladı. Mən də bir də həmin oğlana elədiyi hərəkətin tərbiyəsiz hərəkət olmasını dedim və yenə öz iradımı bildirəndə adının sonradan Bəhruz olduğunu bildiyim oğlan əlindəki plastik su borusu ilə bədənimin müxtəlif nahiyələrinə vumağa başladı. Boynumdan hər iki əli ilə tutub zərblə möhkəm yerə çırpdı. Bu anda sağ çiynimdə dəhşətli ağrı hiss etdim.
Bəhruz məni yerdə də yumruq, təpiklə vurmağa başladı. Sonra isə duraraq getdi. Birtəhər yerdən qalxdım. Bu zaman sağ çiynimdə ağrılar daha da şiddətləndi. Birtəhər evimizə getdim. Hadisə barədə anama danışdım. Həmin günü səhərədək qolumun ağrısından yata bilmədim”.
Əvəz qeyd edib ki, avqustun 17-də valideynləri onu həkimə aparıblar:
“Xəstəxanada mənə sağ çiynimin sınması diaqnozu qoyuldu. Bu hadisədən sonra bildim ki, məni döyüb çiynimi sındıran oğlan Müşviqabadda yaşayan Bəhruzdur”.
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruzun barəsində Cinayət Məcəlləsinin 88.1-ci (yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər) maddəsi tətbiq edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə olan cəzadan azad edilib.
Hökmə əsasən, Bəhruzun barəsində Cinayət Məcəllənin 88.2.1-ci (xəbərdarlıq və 88.2.2-ci (valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək) maddələri tətbiq edilib. Ona “xəbərdarlıq edilsin” və “valideynlərinin nəzarətinə vermək” növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilib.
Cinayət Məcəlləsinin 87.2-ci (nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir) maddəsinə əsasən valideynlərin üzərinə təqsirləndirilən şəxsin tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək, təqsirləndirilən şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə köməklik göstərilməsi vəzifələri qoyulub.
Hökmdə qeyd edilib ki, tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs valideynlərinə həvalə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:54 / 08.07.2024
"Həmin oğlanlar dedilər ki, sən burada əxlaqsız hərəkət edirsən” — DAVA
Hazırda oxunan: "Həmin oğlanlar dedilər ki, sən burada əxlaqsız hərəkət edirsən” — DAVA
Hazırda oxunan: "Həmin oğlanlar dedilər ki, sən burada əxlaqsız hərəkət edirsən” — DAVA
201119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.