Bir neçə gün əvvəl Biləsuvar rayonunda 35 yaşlı kişinin qaynı tərəfindən güllələnməsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər veerir ki, rayon sakini, 1995-ci il təvəllüdlü Emin Kərimli bacısının həyat yoldaşı olan 1989-cu il təvəllüdlü Elçin Əmənovu sonuncunun idarə etdiyi "Mercedes" markalı avtomobilində güllələyib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda 29 yaşlı oğlan ov silahı ilə qohumunu güllələdi
Ov silahından açılan atəş nəticəsində Elçin Əmənov sağ əlindən xəsarət alıb. Yaralı əvvəlcə qohumluq münasibətlərini nəzərə alıb xəstəxanaya getməkdən imtina etsə də, sonradan xəsarətin ciddiliyini nəzərə alıb. O, Biləsuvar rayon xəstəxanasına çatdırılıb. Hadisəni törədən şəxs məsuliyyətə cəlb edilib.
Qonşuların verdiyi məlumata görə isə, Elçin təzəlikcə Eminin bacısından boşanıb və üstəlik yeni evliliyə hazırlaşırmış.
Hadisəyə səbəb də məhz bu fakt olub. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu