Niyə rüşvət verməyə meyilliyik? – Psixoloqdan MARAQLI AÇIQLAMA 

Niyə rüşvət verməyə meyilliyik? – Psixoloqdan MARAQLI AÇIQLAMA 

Hazırda oxunan: Niyə rüşvət verməyə meyilliyik? – Psixoloqdan MARAQLI AÇIQLAMA 

201057

Rüşvət mövzusunda daim alanları qınayırıq. Amma unutduğumuz bir nüans var. Rüşvəti təkcə almırlar, həm də verirlər. Bu sual ətrafında düşünən azdır.

Biz niyə rüşvət veririk və bu məsələnin psixoloji səbəbləri nələrdir?

Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qazidən rüşvət istəyən həkim xəstəxananın şöbə müdiri imiş - VİDEO 


O bildirib ki, rüşvət onu verənlərlə paralel alanlara da sərf edən bir məqamdır:

“Rüşvəti tam yığışdıra bilsək, bu zaman bəlkə də, verənlərdən daha çox alanlara pis təsir edəcək. Əslində, nə rüşvət verməyə ehtiyac duyulmalıdır, nə də almağa... Rüşvətsiz dünyaya addım atmaq müəyyən dəyişikliklər tələb edir. Çünki bu neqativ tendensiyanı ləğv etməklə problem tam həll olunmur. Belə olduğu təqdirdə məsələ qəlizləşə və çətinləşə bilər. Qərb ölkələrində də rüşvət var. Amma faiz etibarilə azdır. Onlar da buna nail olmaq üçün müəyyən bir yol keçiblər”. 

Ekspert bildirib ki, rüşvətin qarşısını almaq üçün psixoloji dözümlülük lazımdır:

“İnanmalıyıq ki, işlərimizi rüşvətsiz həll edə bilərik. Rüşvətdən asılı qalaraq önə düşmək bir işimizi asanlaşdırsa da, başqalarının beş işini çətinləşdirir. Bu baxımdan əvvəlcə özümüzə təlqin etməliyik ki, biz rüşvət verməsək, çox şeyi dəyişə bilərik. Bu yanaşma dalğa effekti yaratmalıdır. Təbii ki, alanlar var, onlar bürokratik əngəllər yaradırlar ki, rüşvət verənlərin sayı çox olsun. Bu məsələlər də nəzərə alınmalıdır və həlli üçün kompleks çalışmalıyıq”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO