İcra başçısı təyin edilən Adil Əliyev kimdir? - DOSYE

İcra başçısı təyin edilən Adil Əliyev kimdir? - DOSYE

Hazırda oxunan: İcra başçısı təyin edilən Adil Əliyev kimdir? - DOSYE

201030

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Bizim.Media Adil Əliyevin dosyesini sizə təqdim edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Adil Əliyev Suraxanı rayonuna icra başçısı təyin edildi – SƏRƏNCAM


Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 

1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO