"Azercell" yeni smartfon kampaniyasını təqdim edir!

Hazırda oxunan: "Azercell" yeni smartfon kampaniyasını təqdim edir!

200986

Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək.

Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən "Azercell Telekom" "Azercell Smartfon" Kampaniyasını təqdim edir.

Xüsusi təkliflə çıxış edən lider mobil operator 4 fərqli OPPO Smartfonlarından birini əldə edən müştərilərə 12 ay müddətinə 1 GB internet paketi hədiyyə təqdim edəcək. Telefonlar 279 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1 GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniyaya qoşulmaq üçün yeni və mövcud fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri "Azercell"in rəsmi satış mərkəzlərinə və ya "Kontakt Home" mağazalar şəbəkəsinə müraciət edə bilərlər.

Kampaniya 31.07.2024-cü il tarixinədək davam edəcək.

Daha ətraflı məlumatla //www.azercell.com/az/personal/campaigns/special-offers/oppo-smartfonlari-1gb.html səhifəsində tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO