Qarabağ universitetinin tələbələrinə “Smart tələbə kartı” veriləcək

Qarabağ universitetinin tələbələrinə “Smart tələbə kartı” veriləcək

Hazırda oxunan: Qarabağ universitetinin tələbələrinə “Smart tələbə kartı” veriləcək

200983

Qarabağ universitetində təhsil alacaq tələbələrə gələcəkdə “Smart tələbə kartı” verilə bilər.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.

Onun fikrincə, bu, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün müasir həll yollarından biri ola bilər.

T.Rüstəmovun sözlərinə görə, təqaüdlərini “Smart tələbə kartı” ilə alacaq tələbələr əlavə üstünlüklər qazanacaqlar:

"Məsələn, onlar Bakı və Xankəndi şəhərləri arasında ictimai nəqliyyatda rəqəmsal ödənişlərdə endirim əldə edəcəklər. Həftə sonları isə tələbələr Şuşa şəhərində olan Mehmandarovun ev muzeyinə və digər muzeylərə, mədəniyyət ocaqlarına bu tələbə kartı ilə endirimli daxil ola biləcəklər. Bundan başqa, onlar ölkəmizdə ilk dəfə olaraq Xankəndi şəhərində açılacaq və ancaq nağdsız ödənişləri qəbul edən təsərüfat subyektlərində həmin kartla ödəniş edəcəklər.

Şəhərdə ictimai iaşə obyektlərində (kinoteatr, kafe, restoran və s.) isə həmim kartla biometrik ödəniş edib xidmətlərdən istifadə etmək mümkün olacaq. Qarabağ universitetinin tələbələri Xankəndi şəhərində Pənahxan adlı kitab mağazasında biometrik ödəniş edərək həftəsonu mütailə etməyə kitab alacaqlar".
"Digər təhsil ocaqlarının son 50 ildə rəqəmsal ödənişlər sahəsində getdiyi yol çox qısadır. Əzmkarlıqla bir nöqtədən mütləq başlamaq lazımdır, əks halda yeni innovatorlar olan cəmiyyətin yetişdirilməsi sadəcə bir yuxu olacaq” - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO