İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO

İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO

Hazırda oxunan: İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO

200948

"Ölən şəxslərin geyimləri satılır", "bu geyimlərdən insanlara xəstəliklər keçir". Sosial şəbəkərdə paylaşılan bu kimi fikirlər ikinci əl geyimlərə aiddir. Lakin nə qədər belə düşünən insanlar olsa da, ikinci əl geyim mağazalarından alış-veriş edənlər də az deyil.

Bizim.Media xəbər verir ki, mövzuya mağaza əməkdaşları münasibət bildirib.

Onların sözlərinə görə, ötən dövrlərə nisbətdə geyimlərə tələbat artıb.

Satıcılar deyirlər ki, bura üz tutan alıcıların çoxu eyni geyimi birinci əldən almağa imkanı olanlardır.

Brend, amma ikinci əl olan, qiyməti isə birinci əl məhsuldan 10 dəfə ucuz olduğu deyilən bu geyimlər Azərbaycana daha çox Niderlanddan gətirilir.

İkinci əl geyimlərin təmizlənmə işinə gəldikdə isə dermatoloqlar bildiriblər ki, bu geyimləri alarkən, ilk olaraq gigiyenik sertifikat tələb etmək lazımdır.

Geyimlər xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunaraq təmizləndiyi üçün dəridə müxtəlif problemlər, qıcıqlanma, allergik reaksiyalar, demodeks, qoturluq gənələri, göbələk xəstəlikləri yarada bilər.

Əgər bu cür geyimlər alınarsa, mütləq bir neçə gün açıq havada saxlamaq lazımdır.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO