Bakıda yaşlı kişi amansızcasına döyüldü - ANBAAN VİDEO

Bakıda yaşlı kişi amansızcasına döyüldü - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda yaşlı kişi amansızcasına döyüldü - ANBAAN VİDEO

200940

Bakıda yaşlı kişi amansızcasına döyülüb.

Bizim.Media xəbər verir ki, hadisə iyulun 7-də gecə saat 01:30-da Nəsimi rayonu, Mövsüm Sənani, 106 ünvanında baş verib.

Qonşuların çəkdiyi videogörüntülərdən aydın olur ki, 3-4 nəfər yaşlı kişi ilə mübahisə edir. Daha sonra onlar yaşlı kişini amansızlıqla döyməyə başlayırlar.

Qonşulardan biri müdaxilə etməyə çalışsa da, tərəfləri sakitləşdirə bilmir.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "REAL" TV-yə bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan Elmir Eldar oğlu Əlizadənin iyulun 7-də yaşadığı binanın qarşısında tanışı Valeh tərəfindən döyülməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırma zamanı müəyyən olunub ki, vətəndaş Elmir Əlizadəni döyən şəxs paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Əkbər oğlu Rəhmanovdur.

O, polis şöbəsinə gətirilərək izahatı alınıb.

Ətraflı süjetdə:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO