Saatlıda 72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi BAŞLANIB

Saatlıda 72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi BAŞLANIB

Hazırda oxunan: Saatlıda 72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi BAŞLANIB

200807

İyulun 6-da saat 18 radələrində Saatlı rayonu ərazisində 1952-ci il təvəllüdlü Ramiz Ağayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı 2000-ci il təvəllüdlü Rabil Ağayevin rayonun Dədə Qorqud kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı şüşə parçası ilə xəsarət yetirərək atası Ramiz Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rabil Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO