Rüfət Hacıyevin məhkəməsi başladı

Rüfət Hacıyevin məhkəməsi başladı

Hazırda oxunan: Rüfət Hacıyevin məhkəməsi başladı

200707

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev və Hesablama Palatasının əməkdaşı İntiqam Hacıyevin məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərdən R.Hacıyev həbsdədir, İ.Hacıyev isə sərbəst mühakimə edilir.
İlk iclasda R.Hacıyevin də ev dustalqlığına buraxılması istənilib. Müdafiə tərəfi şəxsin bəlli bir yaşayış yerinin mövcudluğunu, istintaqdan yayınma fikrində olmadığını vəsatətin təmin edilməsinə əsaslar kimi göstərib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti isə əks fikirdə olub. Vəsatət rədd edilib.

Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına verilib. Hakimlər əmək məzuniyyətinə çıxdığına görə, növbəti iclas 3 ay sonraya təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. R.Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, İ.Hacıyev isə rüşvət alınmasına vasitəçilikdə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO