Şəkidə fermada YANĞIN OLUB - FOTO

Şəkidə fermada YANĞIN OLUB - FOTO

Hazırda oxunan: Şəkidə fermada YANĞIN OLUB - FOTO

200641

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində ferma ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, əraziyə dərhal bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin məlumata görə, yanğın fermada gözətçi otağından başlayılb və sonradan genişlənib.  Beləcə  ferma ərazisində ümumi sahəsi 752 m² olan tövlənin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və ətrafında 480 m² sahədə kol-kos yanıb.

Yaxınlıqdakı tikililər, yaşayış massivi, sənaye obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Baş verən yanğın hadisəsi müvafiq orqan tərəfindən araşdırılır.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO