Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub - FOTO

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub - FOTO

Hazırda oxunan: Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub - FOTO

200631

İyulun 5-də Medianın İnkişafı Agentliyində (MEDİA) 2024-cü ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub.

MEDİA-dan Bizim.Media-ya verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov görüşdə qeyd edib ki, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin əsas məqsədi onların iqtisadi müstəqilliyini gücləndirmək, fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, keyfiyyətli məzmun yaradılmasını təmin etmək, həmçinin cəmiyyət üçün vacib olan mövzularda maarifləndirmənin həyata keçirilməsində onlayn media subyektlərinin potensialını dəyərləndirməkdir.

Vurğulanıb ki, veb-saytların infrastrukturunun gücləndirilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində işlər davam etdirilməlidir.

Onlayn media subyektlərinin rəhbərləri tərəfindən qeyd edilib ki, maliyyə yardımının göstərilməsi sayəsində son dövrdə veb-saytlara dair texniki məsələlərin əhəmiyyətli bir hissəsi həll olunub, bəziləri tamamilə fərqli formatda yenidən təqdim olunub, həmçinin jurnalistlərin əmək münasibətləri daha da nizama salınıb.

Görüşdə bəhs olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, media subyektlərinin rəhbərlərinin təklifləri dinlənilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO