Yayda insanların əsas istirahəti dənizlə bağlıdır. Dəniz suyu və günəş şüalarından yararlananlarla yanaşı, sadəcə dənizin kənarında oturub söhbət edən, yay axşamı gəmi ilə dənizi gəzməyə üstünlük verənlər də az deyil.
Bir neçə il öncə Dənizkənarı Bulvara dincəlmək üçün gələn insanlar müəyyən saatlarda gəmilər vasitəsilə dənizə kiçik səyahət edə bilirdilər. Lakin uzun müddətdir ki, Xəzərdə bu gəmiləri görmək mümkün deyil. Gəmilərin fəaliyyətinin dənizdə suyun səviyyəsinin azalması səbəbindən 2022-ci il oktyabr ayından etibarən dayandırıldığı bildirilir. Gəmilərin fəaliyyət müddəti dövründə böyüklər 5 AZN ödəməklə gəmilərlə yarım saat ərzində dənizə səyahət edə bilirdilər.
Bəs gəmilərin fəaliyyətinin yaxında bərpası mümkündürmü? Gəzinti gəmilərinin xidmətinin bərpası üçün hansı işlər görülür?
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud vəziyyət dəyərləndirilir:
“Bildiyimiz kimi, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi səbəbindən 2022-ci ilin oktyabr ayından gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyəti istiqaməsində qiymətləndirilmə aparılır, dəniz suyunun aşağı enməsi ilə əlaqədar mövcud vəziyyət dəyərləndirilir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 05.07.2024
Bulvarda gəzinti gəmilərinin fəaliyyəti nə vaxt BƏRPA olunacaq? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Bulvarda gəzinti gəmilərinin fəaliyyəti nə vaxt BƏRPA olunacaq? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Bulvarda gəzinti gəmilərinin fəaliyyəti nə vaxt BƏRPA olunacaq? – Rəsmi AÇIQLAMA
200611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.