Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi – FOTO  

Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi – FOTO  

Hazırda oxunan: Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi – FOTO  

200608

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib. 

K. Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. O, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir. 
Prezident İlham Əliyev müvafiq sərəncamı ilə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO