Şəkidə ferma yanır – VİDEO 

Şəkidə ferma yanır – VİDEO 

Hazırda oxunan: Şəkidə ferma yanır – VİDEO 

200575

Şəki şəhərində fermada yanır. 

Bizim.Media xəbər verir ki, baş vermiş hadisə ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti faktı təsdiqləyib. 

Qeyd edilib ki, FHN-in "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub. 

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fermada baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO