Gəncədə sürücü piyadanı vurmamaq üçün qəza törədib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H. Əliyev prospektində baş verib.
Hərəkətdə olan "Lada Priora" markalı avtomobilin sürücüsü velosipedlə yolu keçmək istəyən uşağı vurmamaq üçün yol kənarında dayanan "Mercedes"lə toqquşub. Qəza nəticəsində sürücü avtomobilin istiqamətini tam dəyişə bilməyib və azyaşlı müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu