Xəbər verildiyi kimi “Azərsu" ASC-yə yeni mətbuat xidmətinin rəhbəri təyin olunub. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan köhnə adı “Azərsu ASC” olan hazırkı İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin yeni mətbuat xidmətinin rəhbəri vəzifəsinə tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) təyinat alıb. Hansı ki, buna qədər sözügedən şöbəyə Anar Cəbrayıllı rəhbərlik edirdi.
Maraqlıdır, Anar Cəbrayıllı təmsil olunduğu qurumdakı vəzifəsindən azad edilib?
Məsələni aydınlaşdırmaq üçün özü ilə əlaqə saxladıq. Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında işdən çıxmadığını, fəaliyyətini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin başqa bir publik hüquqi şəxsində davam etdirəcəyini bildirib:
“Ceyhun Musaoğlu İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin yeni mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışacaq, mən isə Agentliyin digər publik hüquqi şəxsində fəaliyyətimi davam etdirəcəyəm”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 04.07.2024
Anar Cəbrayıllı vəzifəsindən AZAD olunub? – Özündən AÇIQLAMA
Hazırda oxunan: Anar Cəbrayıllı vəzifəsindən AZAD olunub? – Özündən AÇIQLAMA
Hazırda oxunan: Anar Cəbrayıllı vəzifəsindən AZAD olunub? – Özündən AÇIQLAMA
200435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.