SON DƏQİQƏ! Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alınıb 

SON DƏQİQƏ! Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alınıb 

Hazırda oxunan: SON DƏQİQƏ! Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alınıb 

200433

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirilir. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır. 

Məsələ ilə bağlı Ayla Kərimova açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib. 

O, məsələ ilə bağlı danışmaq istəmədiyini deyib: 

“Bu barədə heç bir məlumatım yoxdur”. 

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir. 

O,  Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuş Aysel Teymurzadənin həyat yoldaşıdır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO