Azərbaycanda iki general ehtiyata buraxıldı

Azərbaycanda iki general ehtiyata buraxıldı

Hazırda oxunan: Azərbaycanda iki general ehtiyata buraxıldı

200428

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar.

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov öz istəkləri ilə ehtiyata buraxılıblar.

"Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO