23 aptekdə YOXLAMA – Vaxtı keçmiş dərmanlar aşkar olunubmu? - Rəsmi AÇIQLAMA 

23 aptekdə YOXLAMA – Vaxtı keçmiş dərmanlar aşkar olunubmu? - Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: 23 aptekdə YOXLAMA – Vaxtı keçmiş dərmanlar aşkar olunubmu? - Rəsmi AÇIQLAMA 

200424

Səhiyyə Nazirliyi ötən ay ərzində 23 aptekdə yoxlama aparıldığı və yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlandığı barədə məlumat yayıb. 

Məlumatda bildirilib ki, yoxlamalar Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə üç aptek olmaqla ümumilikdə 23 apteki əhatə edib. 

Lakin məlumatda nöqsanların nədən ibarət olduğu açıqlanmayıb.

Bəs aşkarlanan nöqsanlar nədən ibarətdir? Keyfiyyətsiz və ya istifadə müddəti keçmiş dərmanlar aşkar olunubmu?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yoxlamalar zamanı apteklərin lisenziyasız fəaliyyəti aşkarlanıb:

“Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsi Əsasnaməsinə uyğun olaraq öz səlahiyyətləri daxilində illik plan üzrə və plandankənar yoxlamalar həyata keçirir. Belə ki, bu ilin iyun ayı ərzində 23 əczaçılıq müəssisəsində yoxlama aparılıb. Yoxlanılan müəssisələrdən yalnız 3-də nöqsanlar, o cümlədən lisenziya olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma və aptek təşkilatlarına dair tələblərin pozulması faktları müəyyən edilib. 
 

Həmin apteklər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 210.1 və 452.3-cü maddələri üzrə protokollar tərtib olunub. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək (2000 - 3000 AZN), vəzifəli şəxslər beş min manatdan on min manatadək (5000 - 10000 AZN), hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək (20000 - 30000 AZN) məbləğdə, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə isə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək (500 - 700 AZN), hüquqi şəxslər min manatdan iki min manatadək (1000 - 2000 AZN) məbləğdə cərimə edilir”.

Apteklərdə keyfiyyətsiz dərmanlar satılır? 

Apteklərdə keyfiyyətsiz dərmanların aşkar olunmasına gəlincə, qurumun məlumatında iyun ayında belə hallara rast gəlinmədiyi qeyd edilib:

“Yoxlamalar zamanı əczaçılıq müəssisələrinə dair sənədləşmələr, əczaçılıq fəaliyyətinin normativ-hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, o cümlədən dərman vasitələrinin müvafiq sertifikatlarının olub-olmaması da tərəfimizdən yoxlanılıb. İyun ayı ərzində aparılan yoxlamalar zamanı keyfiyyətsiz və ya istifadə müddəti bitmiş dərman vasitələri aşkar olunmayıb”.
 

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO