Şəkidə tanınmış oftalmoloqu maşın VURDU - FOTO

Şəkidə tanınmış oftalmoloqu maşın VURDU - FOTO

Hazırda oxunan: Şəkidə tanınmış oftalmoloqu maşın VURDU - FOTO

200406

Şəkidə göz həkimini maşın vurub, vəziyyəti ağır qiymətləndirilir. Qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini Nicat Məlikov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 64 yaşlı göz həkimi Gülnarə Məmmədovanı vuraraq ona ağır bədən xəsarətləri yetirib. 

Yaralı elə oradan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Göz həkiminə həmkarları ilkin tibbi yardım göstərib. Daha sonra Gülnarə Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Qeyd edək ki, Şəkidə tanınmış göz həkimlərindən olan Gülnarə Məmmədova uzun illər Rayon Mərkəzi Xəstəxanasında göz xəstəlikləri şöbəsinə rəhbərlik edib. O bir müddətdir özəl xəstəxanada da bu sahə üzrə işlərini davam etdirir. Baş vermiş qəzanın təfərrüatları müvafiq orqan tərəfindən araşdırılır.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO