Əhməd Əhmədov məhkəmədə ifadə vermək istəmədi – VİDEO 

Əhməd Əhmədov məhkəmədə ifadə vermək istəmədi – VİDEO 

Hazırda oxunan: Əhməd Əhmədov məhkəmədə ifadə vermək istəmədi – VİDEO 

200404

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizim.Media xəbər verir ki, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovun cəzadan azad edilərək, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılması təklif edilib.

Daha sonra Əhməd Əhmədova söz verilib. O özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib. 

Qeyd edək ki, işlə bağlı növbəti məhkəmə iclası iyulun 23-nə təyin olunub.

 


Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO