“Bu gün SABAH qruplarının yaranmasının 10 illiyi tamam olur. SABAH tələbəsi olmaq asan deyil. SABAH məzunlarının ikiqat məsuliyyəti var. Çünki adından da göründüyü kimi, SABAH tələbələri savadlı, bacarıqlı və hazırlıqlı olmalıdırlar. Öz istedadı ilə seçilən şəxslərin məsuliyyəti isə daha çox olur”.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın məzunu-2024” mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, SABAH-ın yaradılmasında məqsədlərdən biri həm də tələbələr arasında rəqabət mühitinin yaradılması idi.
“SABAH qruplarında tələbələrin mükafatlandırılması, onlara fərqli təqaüdlərin verilməsi təşəbbüsü var. SABAH-ın nəticələrinə baxdıqda, görünən ondan ibarətdir ki, bu sistem özü-özlüyündə mühit dəyişikliyi, savadlı, bacarıqlı və hazırlıqlı şəxslərin irəliləyə doğru addımlarını səciyyələndirir.
SABAH məzunlarını iş axtaran deyil, işəgötürən tərəf kimi görməyi arzulayırıq. Bunun üçün SABAH HUB layihəsini təşkil etdik. SABAH-ın təşkil etdiyi startapları 9 milyon manata yaxın xarici investisiyalar əldə edib.
Qarabağ Universitetində də SABAH qrupları öz fəaliyyətinə başlayacaq. Eyni zamanda SABAH qrupları bildiyiniz kimi, 2-ci kursdan tələbə qəbul edir. Lakin Qarabağ Universitetində SABAH tələbəsi olmaq istəyənlər 3-cü kursdan da müraciət edə bilərlər”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 04.07.2024
Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev
Hazırda oxunan: Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev
Hazırda oxunan: Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev
200386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.